Qol güləşçimiz Avropa çempionu oldu

Yunanıstanda qol güləşi üzrə Avropa çempionatı başlanıb.

Sportline.az xəbər verir ki, yarışın ilk günündə 15, 18 və 21 yaşlı iştirakçılar sol əllə mübarizə aparıblar. 5 idmançımızdan 2-i – Elsevər Qürbətovla Nicat İsgəndərov finalda qarşılaşıblar. Həlledici görüşdə daha güclü olan Qürbətov qızıl, İsgəndərov isə gümüş medal qazanıb.