Qomez millidən kənarlaşdırıldı

DÇ-2018-in təsnifat mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Almaniya seçməsinin heyətində dəyişik olub. SportLine.az xəbər verir ki, Mario Qomezin adı iştirak ərizəsindən çıxarılıb. 

Buna səbəb, futbolçunun zədədən əziyyət çəkməsi olub. Beləliklə, hücumçu Çexiya və Şimali İrlandiyaya qarşı görüşlərdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Bundestim" hər iki matçı doğma meydanda keçirəcək.