Qonçalo PSJ-ni tərk etmək fikrindədir

PSJ-nin forvardı Qonçalo Ramos yayda klubdan ayrılmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

24 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 41 oyunda 12 qol, 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Q.Ramos 2024-cü ildən "Paris Sen-Jermen"in şərəfini qoruyur.