Qordon qərarını verdi
"Nyukasl Yunayted"in sol cinah vingeri Entoni Qordon yayda klubdan ayrılmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
25 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 46 matçda 17 qol, 5 asistlə yadda qalıb.
Qeyd edək ki, E.Qordonun dəyəri 60 milyon avrodur.