Qriliş hamını qabaqladı
Qriliş Premyer Liqada avqust ayının ən yaxşı futbolçusu seçildi.
Sportline.az xəbər verir ki, "Man Siti"yə məxsus olan və icarə əsasında "Everton"da çıxış edən Qriliş karyerasında ilk dəfə bu mükafata sahib çıxdı.
O, avqustda Premyer Liqadakı 3 oyunda 4 məhsuldar ötürməylə yadda qaldı.