Qriliş sıradan çıxıb
“Everton” klubunda ciddi itki qeydə alınıb.
Sportline.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas futbolçularından biri olan Cek Qriliş zədələnib.
Belə ki, ingilis vingerin ayaq sümüyündə sınıq aşkarlanıb. 30 yaşlı oyunçunun təxminən 3 ay müddətinə meydanlardan kənarda qalacağı bildirilir.
“Everton” Cek Qrilişi mövsümün əvvəlində “Mançester Siti”dən icarə əsasında heyətinə qatmışdı.
İngiltərə millisinin üzvü “mavilər”in formasında iştirak etdiyi 22 rəsmi görüşdə 2 dəfə fərqlənib və 6 məhsuldar ötürmə edib.