Qriliş üçün 3 klubdan təklif var
"Mançester Siti"nin ingiltərəli futbolçusu Cek Qriliş üçün 3 klubdan təklif var.
Sportline.az "İ Paper" nəşrinə istinadən xəbər verir ki, "Everton", "Vest Hem Yunayted" və "Napoli" klubları Qrilişi transfer etmək istəyir.
Mançester klubunun rəhbərliyi 29 yaşlı futbolçu üçün ən azı 35 milyon avro tələb edir.
Qeyd edək ki, Qriliş ötən mövsüm meydana çıxdığı 32 matçda 3 qol 5 asistlə yadda qalıb.