Qriliş üçün iki klubdan təklif var
"Mançester Siti"nin rəhbərliyi Cek Qrilişi satmaq qərarına gəlib.
Sportline.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem" və "Nyukasl Yunayted" Qrilişi transfer etmək üçün hərəkətə keçib.
Cek Qrilişin hazır ki dəyəri "Transfermarkt" portalına görə 45 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, "Mançester Siti" Qrilişi 2021-ci ilin avqust ayında 117 milyon avro qarşılığında "Aston Villa"dan transfer etmişdi.
29 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 2 asistlə yadda qalıb.
C.Qrilişin "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.