Qrinvudu üç nəhəng klub istəyir

"Marsel"in futbolçusu Meyson Qrinvud yayda klubdan ayrılacaq.

Sportline.az jurnalist Ekrem Konurun məlumatına istinadən xəbər verir ki, "Paris Sen-Jermen", "Atletiko Madrid" və "Yuventus" 24 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.

M.Qrinvud bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 25 qol, 10 asistlə yadda qalıb.

Qeyd edək ki, sözügedən futbolçunun dəyəri 55 milyon avrodur.