Qriqorçuk: 'Hakim rüsvayçılığına son qoyulmalıdır'

“Mövsüm ərzində hakimlər “Qəbələ”nin, ən azı, 15 xalına bais olublar. Bu oyundakı idarəçiliyə isə söz tapa bilmirəm. Hakimləri bu rüsvayçılığa son qoymağa çağırıram”. SportLine.az xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk ölkə kubokunun yarımfinalındakı “Neftçi” – “Qəbələ” görüşündən sonra söyləyib.

Ukraynalı mütəxəssis qarşılaşmanın baş hakimi FİFA referisi Əliyar Ağayevin mübahisəli qərarlarına bu cür etiraz bildirib.

Xatırladaq ki, görüş 1:1 hesabı ilə başa çatıb.

Banner