Qrizmann karyerasını ABŞ-da bitirmək istəyir

"Barselona"nın hücumçusu Antuan Qrizmann gələcək planlarından danışıb.

Sportline.az xəbər verir ki, fransalı futbolçu karyerasını ABŞ-da bitirmək düşüncəsində olduğunu deyib:

"Barselona" ilə Çempionlar Liqası və La Liqanı qazanmaq həm xəyalım, həm də hədəfimdir. Bunları bacardıqdan sonra 2022-ci ildə keçiriləcək dünya çempionatının ardından ABŞ-a getmək planım var. MLS-də hansı komandada çıxış edəcəyimi bilmirəm, amma həqiqətən orada oynamaq fikrim var. Karyeramı ABŞ-da bitirmək fikrim var".

29 yaşlı futbolçu bu mövsüm 37 oyunda 14 qol vurub, 4 assist edib.