Quardiola: "Məqsədimiz, "Barsa"dan qisas almaqdır"

"Dörd top fərqi ilə qalib gəlsək də, çətin oyun oldu. Rəqib bizimlə amansız mübarizə aparırdı". SportLine.az xəbər verir ki, bu sözləri "Bavariya" klubunun baş məşqçisi Pep Quardiola "Olimpiakos"la görüşdən sonra deyib.

Komandasının çıxışından razı qaldığını bildirən mütəxəssis, "Komandanın hər bir üzvünə təşəkkürümü bildirirəm. Onlar bu gün meydanda əsl qəhrəman idilər", - deyib.

Jurnalistlərin, "Klubunuz artıq növbəti mərhələdədir. Bundan sonra əsas məqsədiniz nədir?" - sualına Quardiola gülərək cavab verib: ""Barselona"dan qisas almaq".