Quardiola separatçılıqda ittiham olunur
"Mançester Siti"nin baş məşqçisi Pep Quardiolanın adı İspaniya hökuməti tərəfindən separatçıların siyahısına əlavə olunub. SportLine.az xəbər verir ki, mütəxəssis Kataloniyada referendum keçirməyə dəstək verməkdə ittiham edilir.
46 yaşlı mütəxəssis bu ilin 11 iyununda Kataloniyanın müstəqilliyi haqqında katalon xalqının referendum keçirmə haqqını dəstəkləyən manifesti oxuyub. İspaniya polisinin qənaətinə görə, bununla X. Qvardiola bölgənin müstəqillik tərəfdarlarının səfərbər olmasına təkan verib.
Qeyd edək ki, referendum 1 oktyabr 2017-ci ildə keçirilib. Səsvermənin nəticəsinə əsasən seçkilərdə iştirak edənlərin 90,18%-i bölgənin İspaniyadan ayrılaraq müstəqil olmasını seçib.