"Quba"nın baş məşqçisi məlum oldu
Azərbaycan II Liqasında mübarizə aparan "Quba" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az xəbər verir ki, sükan İsmayıl Məmmədova həvalə olunub.
"Quba"nı Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsinin "Xankəndi" ilə oyununa da o, çıxaracaq.
Qeyd edək ki, İ. Məmmədov, bu postda Elvin Həsənovu əvəzləyib.