Qurban Qurbanov 155 pillə irəlilədi

Dünyanın ən yaxşı məşqçislərinin yeni reytinq cədvəli açıqlanıb. SportLine.az xəbər verir ki, siyahıda Azərbaycanda çalışan iki məşqçinin də adı var. Bunlar Qurban Qurbanov ("Qarabağ") və Roman Qriqorçukdur ("Qəbələ"). Hesabında 1026 xal olan Qurbanov cədvəldə 579-cudu. O, ötən həftə ilə müqayisədə 155 pillə irəliləyib. Bu da onun Qriqorçuku keçməsi ilə nəticələnib. Belə ki, ukraynalı 969 xalla 600-cü yerdə qərarlaşıb. Ötən həftə 596-cı olan ukraynalı 4 pillə geriləyib.

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Luis Enrike başçılıq edir. İspaniyalı mütəxəssisin hesabında 17644 xal var. 2-ci sırada Dieqo Simeone qərarlaşıb. O, liderdən 3058 xal geri qalır. İlk “üçlüy”ü Pep Qvardiola tamamlayır – 13640.

Banner