Qurban Qurbanov: "Demək olar ki, bu transfer tamamlanıb"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın "Şaviş" klubunun futbolçusu Kevin Medinanın mümkün transferi haqda danışıb.

Sportline.az xəbər verir ki, o, “CBC Sport”a açıqlamasında kolumbiyalı müdafiəçinin keçidi üçün işlərin tamamlandığını deyib:

“Bir neçə ay əvvəl həm Medina, həm də klubu ilə danışılmışdı. Hələ o vaxtdan razılıq əldə olunmuşdu. Demək olar ki, bu iş tamamlanıb” .

Qurbanov qarşıdakı transferlərdə problemlər olacağını və vəziyyətə görə addım atacaqlarını da əlavə edib.

27 yaşlı futbolçu bu mövsüm II Liqa təmsilçisi "Şaviş"də 16 oyuna çıxıb.