Qurban Qurbanov futbolçulara istirahət verdi

"Qarabağ" Premyer Liqanın VII turunda "Qəbələ" ilə matçdan sonra dünən klubun bazasında məşqə çıxıb. 

SportLine.az klubun saytına istinadən xəbər verir ki, hazırlıqda milli komandalarda olan futbolçular iştirak etməyib. 

Baş məşqçi Qurban Qurbanov komandaya iki günlük istirahət verib. "Qarabağ" oktyabrın 6-da bir araya gələrək Premyer Liqanın VIII turunda qarşılacağı "Sumqayıt"la matçın hazırlıqlarına start verəcək.

Banner