Qurban Qurbanov sualları cavablandıracaq
Avropa Liqasında qrup mərhələsinin "Qarabağ" - "Frayburq" oyunundan öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı noyabrın 2-i saat 18:45-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Sportline.az xəbər verir ki, 19:15-də isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın mətbuat konfransı UEFA ilə əldə olunmuş razılığa əsasən, Almaniyada olacaq.
Rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqə) isə noyabrın 2-də saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.