Qurban Qurbanov sualları cavablandıracaq

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubu ilə üz-üzə gələcək.

Sportline.az xəbər verir ki, baş məşqçisi Qurban Qurbanovun səfər oyunu öncəsi mətbuat konfransı Bakıda olacaq.

Avqustun 19-da “Azersun Arena”da keçiriləcək konfrans saat 11:00-da başlanacaq.

Qeyd edək ki, “Tvente” – “Qarabağ” oyunu avqustun 20-də Niderlandın Enşede şəhərindəki “De Qrolş Veste” stadionunda təşkil olunacaq.

Görüşün start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.

Cavab qarşılaşması isə avqustun 27-də Bakıda keçiriləcək.