Qvardiol "Mançester Siti"də qalacaq

“Mançester Siti" müdafiə xəttinin əsas fiqurlarından biri Yosko Qvardiol ilə bağlı yeni müqavilə planı hazırlayır.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, İngiltərə çempionu xorvat futbolçuya ciddi maaş artımı və uzunmüddətli yeni sözləşmə təklif etməyə hazırlaşır.

Klub rəhbərliyi Qvardiolu gələcək layihənin əsas sütunlarından biri kimi görür və onun komandada qalmasını prioritet hesab edir.

Eyni zamanda futbolçunun xidmətində "Real Madrid" klubunun da maraqlı olduğu bildirilir.

İddialara görə, Qvardiolun transferi əvvəllər Luka Modriç tərəfindən də müsbət qiymətləndirilib və İspaniya nəhəngi onun vəziyyətini izləməyə davam edir.