Qvardiola Arnoldu istəyir
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Trent Aleksander-Arnoldu heyətində görmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
27 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm "Real Madrid"in heyətində 11 matçda 1 asistlə yadda qalıb.
Qeyd edək ki, Arnoldun dəyəri 70 milyon avrodur.