Qvardiola fransalı futbolçunu transfer etmək istəyir
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Paris Sen-Jermen"in fransalı futbolçusu Desire Doyenin transferini rəhbərliktən tələb edib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.
19 yaşlı vinqerin "Paris Sen-Jermen"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Desire Doye bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 7 qol və 11 asistlə yadda qalıb.