Qvardiola “Mançester Siti”ni tərk edə bilər

"Mançester Siti" və Xosep Qvardiola mövsümün sonunda əməkdaşlığın davam edib-etməyəcəyinə dair həlledici görüş keçirəcəklər.

Sportline.az xəbər verir ki, Qvardiolanın gələcəyi yaxın aylardakı nəticələrdən asılı olacaq və əgər 2025/2026 mövsümü klub rəhbərliyinin gözləntilərini doğrultmasa, onun gedişi real görünür.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd olunur ki, "şəhərlilər" artıq italyan mütəxəssis Enzo Mareskanın nümayəndələri ilə əlaqə saxlayıblar və Qvardiola 2026-cı ilin yayında komandadan ayrılacağı halda, onu baş məşqçi postuna namizəd kimi nəzərdən keçirirlər.