Qvardiola: "Rəqiblərimiz fiziki cəhətdən bizdən güclüdür"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbolçularının oyunlardakı problemlərindən danışıb.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, o, rəqiblərin fiziki cəhətdən “Mançester Siti”dən güclü olduğunu deyib:

“Rəqiblərimiz fiziki cəhətdən bizdən güclüdür. “Brayton”, “Bormunt” - bütün komandalar fiziki cəhətdən bizdən üstündür. Topla istənilən səviyyədə rəftar edə bilmirik” deyə Qvardiola bildirib.