Qvardiola türkiyəli oyunçunu komandasında görmək istəyir

Zeki Çelikə Premyer Liqa nəhənglərindən böyük maraq var.

Sportline.az xəbər verir ki, mövsümün sonunda “Roma” ilə müqaviləsi başa çatacaq Zeki Çelik Avropada səs-küy yaradacaq transferə imza ata bilər.

Türkiyəli futbolçunun adı xüsusilə “Mançester Siti” olmaqla, Premyer Liqanın ən güclü klubları ilə yanaşı çəkilir.