Qvardiola yeni təklif irəli sürüb

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə kubokunun yarımfinal oyunlarının formatı ilə bağlı təkliflə çıxış edib. 

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, bu oyunlar Londonda deyil, həm də “neytral” stadionda, komandaların və buna görə də onların azarkeş kütləsinin əksəriyyətinin yerləşdiyi yerə daha yaxında keçirilməlidir.

"Bu oyunları şimalda, məsələn, “Old Trafford”, “Etihad”, “Enfield” və ya “Qudison Park”da keçirmək məntiqli olardı. İnsanlar onsuz da maddi cəhətdən çətinlik çəkirlər və əlavə biletlər, gediş-gəliş və yaşayış xərcləri çox böyük yükdür", - deyə Qvardiola bildirib.