Qvardiolanın yeni köməkçisi açıqlandı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın yeni köməkçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Mikel Artetanın Mançester təmsilçisindən ayrılmasından sonra boş qalmış bu vəzifəyə Xuan Manuel Lillo təyin edilib.54 yaşlı mütəxəssis son olaraq Çinin "Qingdao Huanghai" klubunu çalışdırıb və onun komandası Çin Superliqasına yüksəlib.

Qeyd edək ki, Qvardiolanın sabiq köməkçisi Mikel Arteta, ötən ilin dekabrında "Arsenal"ın baş məşqçisi təyin olunub.