Rafinya getsə, Savinyo gələcək
“Barselona” yayda Rafinyanı satsa yerinə “Mançester Siti”dən Savinyonu transfer etməyə çalışacaq.
Sportline.az xəbər verir ki, Savinyonun transfer qiyməti 60 milyon avrodur.
Bu haqda “Fichajes” nəşri məlumat yayıb.
Qeyd edək ki, Kataloniya təmsilçisi Rafinya üçün ən azı 80 milyon avro tələb edir.