Ralli yarışında ağır qəza baş verib
Ralli üzrə dünya çempionatının Çili mərhələsində qəza baş verib.
Sportline.az xəbər verir ki, yarışların ikinci günündə "Hyundai" avtomobilinin sürücüsü Tyerri Növilin səhvi ona baha başa gəlib.
Ümumi hesabda birinci yerdə gedən belçikalı sürücü Tyerri Növil 8-ci xüsusi sahəni keçərkən yanlış manevr edib. Nəticədə onun avtomobili bir neçə dəfə çevrilərək aşıb. Növil avtomobili sərbəst tərk edə bilsə də, sonradan ona tibbi yardım göstərilib. Xəstəxanaya çatdırılan pilotda ciddi zədə aşkarlanmayıb.
Beləliklə, Tyerri Növil Çili rallisində nəticə göstərə bilməyib. Hazırda “Toyota”nın sürücüsü Ott Tyanak liderliyini qoruyur. İkinci yerdə dünya çempionu Sebastyan Löb, üçüncü pillədə isə Yari-Matti Latvala qərarlaşıb.