Ramil oynadı, "Jilina" "Trabzonspor"a uduzdu
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina" yoxlama görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, Slovakiya klubu "Trabzonspor"la qarşılaşıb.
Gərgin mübarizənin sonunda Qara Dəniz təmsilçisi sevinib - 4:3.
R.Şeydayev meydana ikinci hissədə daxil olub.
Qeyd edək ki, R.Şeydayev müqavilə ilə "Trabzonspor"a məxsusdur.