Ramil Şeydayev "Qarabağ"a inanır

"Jilina" klubunun şərəfini qoruyan azərbaycanlı futbolçu - Ramil Şeydayev Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasına münasibət bildirib. SportLine.az xəbər verir ki, futbolçu Facebook hesabında "Qarabağ"ın "Kopenhagen" səddini adlayacağına inandığını bildirib:

"Biz bacarmadıq, "Qarabağ" bacaracaq!"

Qeyd edək ki, cari mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində "Kopenhagen" "Jilina"nı mübarizədən kənarlaşdırıb.