Ramil Şeydayev "Qarabağ" yolunda

Heyəti gücləndirmək niyyətində olan  “Qarabağ” milli komandamızın hücumçusu Ramil Şeydayevi icarəyə götürməyə hazırlaşır. Sportline.az xəbər verir ki, klub rəhbərliyi artıq "Jilina"dan ayrılan futbolçu ilə razılığa gəlib. Şeydayevin transfer hüququna malik "Trabzonspor" klubundan da “Qafqazinfo”ya bu xəbər təsdiqləyiblər.  

“Trabzonspor”un vitse-prezidenti Ahmet Çubukçu deyib: “Bəli, “Qarabağ” Ramili bizdən istədi. Hazırda danışıqlar gedir. Klubumuzun prezidenti “Qarabağ” rəhbərliyi ilə görüşür”.