Ramil Şeydayev “Trabzonspor”da!
Azərbaycanlı futbolçu Ramil Şeydayev rəsmən “Trabzonspor”a keçib. SportLine.az klub saytına istinadən xəbər verir ki, Onunla 4 illik müqavilə imzalanıb.
Tibbi müayinədən uğurla keçən futbolçu, komandanın Slovakiyadakı təlim-məşq toplanışına qatılacaq.
Razılığa əsasən, 20 yaşlı hücumçu 2016/17 mövsümündə 430 min, 2017/18 mövsümündə 350 min, 2018/19 mövsümündə 400 min, 2019/20 mövsümündə 450 min avro maaş alacaq.
Xatırladaq ki, Rusiyanın “Zenit” klubu ilə müqavilə bitən Şeydayev bir müddət əvvəl Azərbaycan millisində oynamaqdan imtina edərək Rusiya millisində oynamaq istədiyini açıqlamışdı. Bugünlərdə isə o, milli komandamızda çıxış etmək istədiyini bildirib. Rusiya mətbuatının yazdığına görə, Şeydayev Azərbaycan vətəndaşlığı alıb millimizdə oynamaq üçün AFFA ilə danışıqlara başlayıb.