Ramos "Çelsi" yolunda

"Paris Sen-Jermen"in forvardı Qonçalo Ramos yayda klubdan ayrılmaq niyyətindədir.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, "Çelsi" və "Barselona" sözügedən futbolçunu heyətinə qatmaq istəyir.

Portuqaliya millisinin üzvü cari mövsüm meydana çıxdığı 41 matçda 12 qol, 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Q.Ramosun dəyəri 35 milyon avrodur.