Ramos karyerasını Afrikada davam etdirə bilər

"Real Madrid"in və İspaniya millisinin əsfanəvi futbolçusu Serxio Ramos karyerasını Misirdə davam etdirə bilər.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, "Zamalek" klubunun rəsmisi Ali Hisham Nəsr 38 yaşlı futbolçu ilə görüşdüklərini bildirib.

Klub rəsmisi açıqlamasında ""Zamalek" böyük klubdur və Ramos kimi böyük futbolçulara layiqdir. Biz Ramosla anlaşmanı təkcə idman baxımından deyil, həm də marketinq baxımından yaxşı variant kimi görürük. Oyunçu azad agent statusundadır. Onun transferi bizə böyük fayda gətirəcək" deyib.

Qeyd edək ki, son olaraq "Sevilya"da çıxış edən ispaniyalı futbolçu ötən mövsümün sonundan bəri klubsuzdur.