Ramos qırmızı vərəqələrlə La Liqa tarixinə düşdü

"Atltiko" ilə görüşdə qırmızı vərəqə ilə cəzalandırılan Serxio Ramos La Liqanın tarixinə düşüb. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, futbolçu bununla La Liqa tarixində meydandan ən çox qovulan futbolçu olub.

Ölkə çempionatında keçirdiyi 416 oyunda 19 dəfə "qırmızı" ilə cəzalandırılan futbolçu, bu göstəricidə Pablo Alfar və Xavi Aquadonu qabaqlayıb.

İspaniya La Liqasında ən çox qırmızı vərəqə alan 5 futbolçu:

1. Serxio Ramos - 19
2. Pablo Alfaro - 18
2. Xavi Aquado - 18
4. Xuanito Rodrigez - 17
5. Patxi Salinas - 15