Ramos zədəyə görə oynamayacaq

"Real"ın kapitanı Serxio Ramos La Liqanın 31-ci turunda "Malyorka" ilə oyunu buraxacaq.

Sportline.az "AS"a istinadən xəbər verir ki, buna səbəb onun "Real Sosyedad"la görüşdə cüzi zədələnməsidir. Bildirilib ki, Madrid klubunun məşqçi heyəti ağır təqvimə görə 34 yaşlı müdafiəçiyə istirahət verməyə qərar verib. Onun şənbə günü "Espanyol"la matçda oynayacağı vurğulanıb.

Qeyd edək ki, "Real" - "Malyorka" görüşü iyunun 24-ü keçiriləcək.