Rauf Əliyev Albaniya klubunda!

"İnter"in futbolçusu - Rauf Əliyev karyerasını Albaniyada davam etdirəcək. SportLine.az xəbər verir ki, bu barədə alban mətbuatı məlumat yayıb.

Xəbərdə hücumçunun "Kukesi" ilə razılığa gəldiyi deyilir. Onun avqustun 11-də komandaya qoşulacağı gözlənilir.

Qeyd edək ki, bu gün Azərbaycan mətbuatında yayılan bəzi xəbərlərdə R.Əliyevin "İnter"dən ayrıldığı bildirilib.