Rauf Əliyevdən xəbər var

“İnter”in hücumçusu Rauf Əliyevin həyatı ilə bağlı təhlükə yoxdur. SportLine.az xəbər verir ki, “Sumqayıt”la oyundan beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya çatdırılan futbolçunu müayinə edən həkimlər bu qənaətə gəliblər. Müalicəsini ev şəraitində davam etdirəcək Rauf Əliyevin məşqlərə nə vaxt başlayacağı isə hələ məlum deyil.

Banner