Rayan Çerki "Lion"dan ayrıla bilər

"Lion" fransalı futbolçusu Rayan Çerki satmaq qərarına gəlib.

Sportline.az insayder Fabris Houkinsin məlumatına istinadən xəbər verir ki, Fransa klubu Çerki üçün 30 milyon avro tələb edir.

"Borussiya Dortmund", "Bayer" və "Bavariya" 21 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, Çerki cari mövsüm çıxış etdiyi 22 matçda 5 qol və 8 asistlə yadda qalıb.