"Real" aşağı liqa təmsilçisi ilə heç-heçə edib mərhələ adladı
İspaniya Kubokunda 1/16 final mərhələsinin görüşləri davam edir. SportLine.az xəbər verir ki, Madrid "Real"ı doğma meydanda aşağı liqa təmsilçisi "Fuenlabrada" ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib - 2:2. İlk matçda iki cavabsız qolla qələbə qazanan "kral klubu" ümumi hesabdakı üstünlüyə görə mərhələ adlayıb.