"Real" Azarsız qalıb

"Real"ın futbolçusu Eden Hazard La Liqanın 33-cü turunda "Xetafe" ilə oyunu buraxacaq.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Zinəddin Zidan məlumat verib. O bildirib ki, bu qərarın verilməsinin səbəbi böyük yüklənmənin qarşısını almaqdır. Fransalı mütəxəssis 29 yaşlı oyunçunun yaxın vatlarda zədədən bərpa olunduğunu və ona görə futbolçuya istirahət verildiyini vurğulayıb.

Qeyd edək ki, "Real" - "Xetafe" görüşü bu gün keçiriləcək.