"Real" Benzemanı satır

Madrid "Real"ı cari mövsüm hücum xəttində yaşanan problemləri həll etmək üçün dəyişikliyə hazırlaşır. 

SportLine.az "Don Balon"a istinadən xəbər verir ki, "kral klubu" Benzemanı satmağı planlaşdırır. Klubun İcraiyyə Komitəsinin son iclasında prezident Florentino Perez fransalı forvardın qış transfer pəncərəsində komandadan göndərilməsi tələbi ilə çıxış edib.

Paytaxt təmsilçisi "İnter"in hücumçusu Mauro İkardi ilə hücum xəttindəki boşluğu doldurmaq niyyətindədir.