"Real" futbolçusunu icarəyə göndərmək istəmir

"Vest Hem Yunayted" "Real Madrid"in brazilyalı forvardı Endriki yanvar ayında icarə əsasında heyətinə qatmaq istəyir.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 19 yaşlı oyunçunu komandadan göndərmək niyyətində deyil.

Rəhbərlik Endrikə güvənir. Bu səbəbdən klubda qalacaq.

Qeyd edək ki, gənc futbolçu bu mövsüm meydana çıxmayıb.