"Real" heyətinə yeni müdafiəçi transfer etmək istəyir
"Real Madrid" "Bavariya"nın almaniyalı stopperi Dayo Upamekanonu heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.
Madrid klubu 26 yaşlı müdafiəçini gələn ilin yayında azad agent kimi transfer etmək niyyətindədir.
Qeyd edək ki, Upamekano "Real"a transfer olmağa isti yanaşır. Bu səbəbdən Münhen klubu ilə yeni müqavilə imzalamayacaq.