"Real Madrid" ispaniyalı oyunçunu satmayacaq

"Real Madrid"in rəhbərliyi ispaniyalı oyunçusu Qonzalo Qarsiyanı yanvar ayında satmaq niyyətində deyil.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

21 yaşlı forvard bu mövsüm meydana çıxdığı 21 matçda 4 qol, 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Q.Qarsiyanın "los blankos"la sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.