"Real" "Liverpul"un yarımmüdafiəçisi ilə maraqlanır

"Real Madrid" yayda heyəti gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, əsas hədəflərdən biri Aleksis Mak Allisterdir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, 27 yaşlı futbolçunun transfer qiyməti 80 milyon avrodur.

O, cari mövsüm meydana çıxdığı 47 matçda 5 qol, 5 asistlə yadda qalıb.