“Real Madrid” 10 nəfərlə səfərdə “Real Sosyedad”ı məğlub etdi
İspaniya La Liqasında 4-cü turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, "Real Madrid" səfərdə "Real Sosyedad"la üz-üzə gəlib.
Görüş "los blankos"un qələbəsi ilə nəticələnib.
"Real Sosyedad" 1-2 "Real Madrid"
Qollar: Kilian Mbappe, 12, Arda Güler, 44, Mikel Oyarzabal, 56 (pen)
Kral klubunun ispaniyalı mərkəz müdafiəçisi Din Höysen 32-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Real Madrid" 12 xalla çempionata başçılıq edir.
"Real Sosyedad" 2 xalla 17-cidir.