"Real Madrid" 16 yaşlı futbolçu ilə maraqlanır

"Real Madrid" "Lester Siti"nin 16 yaşlı futbolçusu Jeremi Monqanı heyətinə qatmaq istəyir.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu ingiltərəli oyunçunun gələn ilin yayında transfer etmək niyyətindədir.

J.Monqanın dəyəri 5 milyon avrodur.

Qeyd edək ki, sözü gedən futbolçu bu mövsüm meydana çıxdığı 5 matçda 1 qol 1 asistlə yadda qalıb.