“Real Madrid” 17 yaşlı futbolçu ilə maraqlanır
"Real Madrid"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, "Klub Tixuana"nın meksikalı futbolçusu Gilberto Mora "Real"ın transfer hədəfinə çevrilib.
Madrid təmsilçisi 17 yaşlı hücumameyilli yarımmüdafiəçini gələn ilin yayında transfer etməyi düşünür.
Qeyd edək ki, G.Mora cari mövsüm meydana çıxdığı 11 matçda 5 qol, 1 asistlə yadda qalıb.